Plastiki təkrar emal edən qurdlar aşkar edilibbackend

Plastiki təkrar emal edən qurdlar aşkar edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Kvinslend Universitetinin alimləri plastiki yeyərək emal edə bilən qurdlar aşkar ediblər.

İnterpress.az xəbər verir ki, araşdırmanın nəticələri “Microbial Genomics” jurnalında dərc olunub.

Alimlər “Zophobas morio” böcəklərinin sürfələrinin bağırsaqlarında polistireli həzm edən xüsusi fermentlərin olduğunu öyrəniblər.

Polistirol – qablaşdırma, birdəfəlik istifadə olunan bıçaq və CD qutuları üçün istifadə edilən ümumi plastik növüdür. Bu cür materialın təkrar emalı olduqca çətindir, buna görə də əksər hallarda son məkanı poliqonlar və okeanlar olur ki, bununla da yerli ekosistemlərə zərər vururlar.

Tədqiqatçılar üç həftə ərzində sürünənlər və quşlar üçün yem kimi yetişdirilən iri qurdlarda müxtəlif qida rejimi tətbiq ediblər. Birinci qrupa ponepolistirol, digərinə kəpək verilib, üçüncü qrupa isə heç nə verilməyib.

Müşahidələr göstərib ki, bu sürfələr yalnız plastik yeyə bilər və hətta belə bir pəhrizdə çəkisi artır, bu da onun orqanizminin zərərli birləşmələri parçalayarkən polistiroldan qida qəbul etmək qabiliyyətini göstərir.

Bundan əvvəl Tozağacının mikroplastikləri udduğu barədə məlumat verilib.