Polisi döyən deputat SAXLANILDIbackend

Polisi döyən deputat SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluq millət vəkilini saxlayıb.

İnterpress.Az xəbər verir ki, Milli Məclis tərəfindən toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Belə ki, E.Səlimov bu gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.