Qətərli vasitəçi ABŞ Netanyahunun Doha hava hücumuna görə üzr istəməsi layihəsinin hazırlanmasına kömək edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Qətər baş nazirinin yaxın müttəfiqi İsrailin baş naziri Benyamin Netanyahunun Dohaya endirilən hava zərbəsinə görə üzr istəməsinin hazırlanmasında iştirak edib.
Nəşrin yazdığına görə, üzrxahlıq ABŞ prezidenti Trampın iştirakı ilə Ağ Evin Ovala kabinetində baş tutan telefon danışığı zamanı səsləndirilib.
Netanyahunun yanında “nüfuzlu qətərli vasitəçi” olub və o, əvvəlcədən hazırlanmış mətni dəqiq şəkildə oxumasını təmin edib.
Xuraman Etibarlı
İnterpress.az