Polşa Ukraynaya 4 MiQ-29 qırıcısı göndərəcəkbackend

Polşa Ukraynaya 4 MiQ-29 qırıcısı göndərəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukraynaya 4 MiQ-29 qırıcısı göndərəcək.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda bildirib.

O, yaxın günlərdə Ukraynaya Sovet istehsalı olan 4 ədəd MiQ-29 döyüş təyyarəsi göndərməyi planlaşdırdıqlarını söyləyib.

Duda Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanın təyyarə ehtiyacları davam edərkən ölkəsinin Kiyevə verəcəyi dəstəklə bağlı açıqlama verib.

Ukraynaya onlarla MiQ-29 döyüş təyyarəsi tədarük etməyi planlaşdırdıqlarını qeyd edən Duda, Ukraynanın təcili döyüş təyyarələrinə artan tələbatı ödəyən ilk NATO üzvü ölkə olacağını vurğulayıb.

Duda bəyan edib ki, Sovet istehsalı olan döyüş təyyarələrindən 4-ü yaxın günlərdə Ukraynaya, qalanları isə yoxlanıldıqdan sonra təhvil veriləcək.

Polşanın baş naziri Mateusz Morawiecki də martın 14-də Sovet istehsalı olan MiQ-29 qırıcılarını “4-6 həftə ərzində” Ukraynaya çatdıra biləcəklərini bildirib.

Ukrayna lideri digər NATO üzvlərini də Kiyevə təyyarə göndərməyə çağırır.

Məlumdur ki, Ukrayna Hərbi Hava Qüvvələri MiQ-29-larla tanışdır. 1989-cu ildən bu döyüş təyyarələrindən istifadə edən Polşada hələ də 28 MiQ-29 var.

Tədricən MiQ-29 donanmasını ABŞ istehsalı F-16 və Cənubi Koreya istehsalı FA-50 çoxməqsədli reaktiv təyyarələrlə əvəz edən Polşa, ABŞ istehsalı olan F-35 döyüş təyyarələri də alır.

Rusiya ilə müharibənin ikinci ilində Ukrayna hava hücumundan müdafiəni gücləndirmək üçün Qərb ölkələrindən döyüş təyyarələri tələb edir.