“Prezidentin köməkçisi: “Bütöv şəhərdənsə, bir binanın karantinə alınması daha yaxşıdır”backend

“Prezidentin köməkçisi: “Bütöv şəhərdənsə, bir binanın karantinə alınması daha yaxşıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yalnız son 4 gün ərzində yoluxmaların sayı azalır”.

İnterpress.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, yumşalmalara getməyə əsas verir: “Başqa ölkələrdə də vəziyyət fərqli deyil. Koronavirus rus yaş, cins tanımır. Biz daim başqa ölkələrin təcrübəsini öyrənirik. Əsas erkən müəyyən olunma, izolyasiyadır. Biz epidemiyanın böyük sürətlə yayılmasını istəmiriksə, yoluxan insanları mümkün qədər tez müəyyən etməli, o cümlədən kontaktda olduğu insanları müəyyən edərək, təcrid etməliyik. Tutaq ki, hansısa binada yoluxma aşkarlanırsa, həmin binanı karantinə almalıyıq. Bütöv şəhərdənsə, bir binanın təcrid olunması daha yaxşı yoldur. Bunun üçün müasir təcrübə öyrənilir və daha yaxşı addımlar atılacaq”.

 

İnterpress.az