Prezidentin köməkçisi: “Pandemiya dünya miqyasında müharibə kimi qəbul olunmalıdır”backend

Prezidentin köməkçisi: “Pandemiya dünya miqyasında müharibə kimi qəbul olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünya miqyasında son 10 il ərzində bu tip pandemiya müşahidə edilməyib”.

İnterpress.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, dünya miqyasında bu xəstəliyə qalib gəlməyin yolları bəlli deyil:

“Koronavirus pandemiyası bütün dünya ölkələrində müxtəlif sahələrə ciddi ziyan vurub. Bu gün dünya miqyasında yoxsulluq, işsizlik, donor resurslarının məhdudlaşması dünya iqtisadiyyatını ciddi sarsıntılarla üz-üzə qoyur.

Bütün bunlar COVID-19-un törətdiyi fəsadlardır. Bu pandemiya dünya miqyasında müharibə kimi qəbul olunmalı və onunla mübarizə aparılmalıdır”.

İnterpress.az