Putin: “Gəldim, kəşfiyyatçı olmaq istəyirəm” dedim və belə də oldubackend

Putin: “Gəldim, kəşfiyyatçı olmaq istəyirəm” dedim və belə də oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin məktəblilərlə görüşü zamanı onlara artıq həyata keçirdiyi arzusu barədə danışıb.

Rusiya lideri bu arzunun vətənə xidmət olduğunu bildirib.

“Nə arzulamışam, nəyə nail olmuşam mövzusunda deyə bilərəm ki, özümü bu mənada xoşbəxt insan hesab edirəm. Gənclik dövründə gah dənizçi, gah pilot, sonra isə kəşfiyyatçı olmaq istəyirdim. Həyat belə gətirdi, hərdən bunların necə olmasına təəccüblənirəm. Ümumiyyətlə gəlib “mən kəşfiyyatçı olmaq istəyirəm” deyilməsi və səni kəşfiyyata götürmələri çətin işdir. Əslində belə olmur, ancaq məndə belə alındı”, – deyə V.Putin qeyd edib.

V.Putin vurğulayıb ki, onun orqanlardakı fəaliyyəti vətənə xidmətə yönəlib:

“Mən bu gün də məhz bununla məşğulam. Düşünürəm ki, bu mənada arzuladığıma nail olmuşam”.