Putin: “MDB-yə sədrlik müddətində hərbi əməkdaşlığa xüsusi diqqət yetirəcəyik”backend

Putin: “MDB-yə sədrlik müddətində hərbi əməkdaşlığa xüsusi diqqət yetirəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya gələn il MDB-yə sədrliyi dövründə iqtisadi inteqrasiyaya, hərbi əməkdaşlığa və tarixin saxtalaşdırılmasına qarşı mübarizəyə xüsusi diqqət yetirəcək”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında deyib.

“Hərbi və hüquq-mühafizə sahəsində Rusiya həm yeni, həm də ənənəvi çağırışlara birgə mübarizə mexanizmlərinin təkmilləşdirilməsinə, MDB-nin xarici sərhədlərinin möhkəmləndirilməsinə diqqət yetirəcək. Biz MDB-nin müvafiq proqramlarının, o cümlədən hərbi əməkdaşlıq konsepsiyasının və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramının tam şəkildə həyata keçirilməsi üçün lazım olan hər şeyi edəcəyik”, – o bildirib.

V.Putin vurğulayıb ki, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsi, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa dair tərəfdaşlarla işləməyə böyük əhəmiyyət verir: “Biz tarixi saxtalaşdırmaq cəhdlərinə qarşı koordinasiyalı addımlar atmağı vacib hesab edirik”.

Onun sözlərinə görə, Rusiya sədrliyi dövründə MDB ölkələrinin Parlamentlərarası Assambleyasının fəaliyyətinə əlavə təkan veriləcəyini də gözləyir: “Moskva həmçinin vahid hüquqi məkanın formalaşdırılması üçün qanunvericilər arasında əməkdaşlığın intensivləşdirilməsində, KTMT-nin parlament assosiasiyaları və digər tərəfdaş strukturlarla əlaqələrin gücləndirilməsində maraqlıdır”.

Qeyd edək ki, MDB-nin növbəti sammiti gələn il oktyabrın 8-də Moskvada keçiriləcək.