Putin Trampı təbrik etməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Peskov deyib ki, Rusiya prezidenti Vladimir Putin Donald Trampı ABŞ seçkilərində gözlənilən qələbəsi münasibətilə təbrik etmək fikrində deyil.
“Prezidentin Trampı seçki münasibətilə təbrik etmək planlarından xəbərim yoxdur. Unutmayaq ki, söhbət həm bilavasitə, həm də dolayısı ilə dövlətimizə qarşı müharibədə iştirak edən dost olmayan ölkədən gedir”, – rəsmi qeyd edib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya Trampın qələbəsindən sonra ABŞ ilə danışıqlara açıqdır, lakin təşəbbüs Amerika tərəfdən olmalıdır.
“Bunu bizdən soruşmamalısınız. Mən sizə Putinin sözlərini, onun təmaslara və dialoqa açıq olduğunu xatırladıram. Bu, bizim ardıcıl mövqeyimizdir, dünyada yaxşı məlumdur. Qalanları üçün konkret addımları gözləyək”, – Peskov bildirib.
O, həmçinin vurğulayıb ki, Moskvanın ABŞ seçkilərində Respublikaçıların qələbəsindən sonra “xüsusi hərbi əməliyyatı” dayandırmaq planı yoxdur.
Kreml sözçüsü deyib ki, Rusiya Vaşinqtonun yanaşma dəyişikliyini Trampın bəyanatlarına görə deyil, əməllərinə görə qiymətləndirmək niyyətindədir.
Xuraman Etibarlı
İnterpress.az