Putin və Lavrovun qızları “qara siyahı”ya düşdübackend

Putin və Lavrovun qızları “qara siyahı”ya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonova, Xarici İşlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovaya qarşı sanksiya tətbiq edib.

İnterpress.az xəbər verir ki, budan sonra onların Britaniyaya səfərləri mümkün olmayacaq. Sanksiyalara əsasən, onların Britaniyadakı aktivləri də dondurulacaq.

Xatırladaq ki, Böyük Britaniya martın 25-də Sergey Lavrovun ögey qızı Polina Kovalevaya da sanksiya tətbiq etmişdi.