Putindən narazı Kim Çen İn Trampla yeni danışıqlara hazır olduğunu BİLDİRDİbackend

Putindən narazı Kim Çen İn Trampla yeni danışıqlara hazır olduğunu BİLDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kim Çen İn Trampla yeni danışıqlara hazır olduğunu bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Nəşrin məlumatına görə, Şimali Koreya lideri Kim Çen İn ABŞ prezidenti Donald Trampla yeni görüşlər keçirməyə maraq göstərib.

Bu addımın səbəbi kimi o, Rusiyadan məmnun olmadığını — silah və hərbi personal üçün gözlədiyi ödənişi ala bilmədiyini göstərib.

Şimali Koreyanın KCNA agentliyi Kim Çen İnin Trampla keçmiş görüşlərindən “gözəl xatirələr” saxladığını qeyd edib.

Ekspert Fréderik Şpor Bild-ə müsahibəsində bildirib ki, Kim Trampın böyük sammitləri qiymətləndirdiyini bilir. Və bu görüşlər onun beynəlxalq nüfuzunu artırmaqla Moskva və Pekinə qarşı alternativlərinin olduğunu nümayiş etdirmək imkanı verə bilər.

Xuraman Etibarlı

İnterpress.az