“Putinin Ukraynada məğlub olması ehtimalı Trampı qorxudur” – Şərhbackend

“Putinin Ukraynada məğlub olması ehtimalı Trampı qorxudur” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Trampın namizədliyi 2024-cü ilin də uduzulması deməkdir”.

Bu sözləri ABŞ Senatına Corciya ştatında keçirilən seçkilərin ikinci turunda demokrat senator Rafael Uornokun Trampçı rəqibi Herşel Uolker üzərində asan qələbə qazanmasına münasibət bildirən politoloq Şahin Cəfərli İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, bu nəticənin mövcud Ağ Ev administrasiyası üçün önəmi ondan ibarətdir ki, əvvəlki tərkibdə demokratların mühafizəkar baxışları ilə fərqlənən senatoru Co Mançin bəzi qanun təşəbbüslərinə və təyinatlara qarşı çıxırdı və Bayden bu senatoru dilə tutmaq üçün onunla həftələrlə, bəzən aylarla söhbət aparmaq məcburiyyətində qalırdısa, indi bu məcburiyyət ortadan qalxmış oldu:

“Corciya seçkiləri Respublikaçılar Partiyasının “Donald Tramp problemi”nin mövcudluğunu bir daha təsdiqləyərək onun liderliyini mübahisələndirməyə güclü əsaslar yaratdı. Artıq respublikaçı elita Trampdan üz döndərib və qarşıdakı prezident seçkilərinin partiyadaxili ilkin seçkiləri üçün alternativ namizəd axtarışına çıxıb. Donorlar da yavaş-yavaş Trampdan uzaqlaşır. Lakin partiyanın seçicilərinin bir çoxu, əsasən də kənd yerlərində yaşayan aşağı təhsilli ağ amerikalılar Trampı sevir. Respublikaçı elitaların həll etməli olduğu paradoks bundan ibarətdir ki, həmin kütlə Konqres praymerizlərində trampçı namizədləri seçir, bu isə öz növbəsində qarşılarında Tramp adından çıxış edən namizədi görən demokrat seçiciləri maksimum səfərbər edir, mötədil müstəqillər də demokratlara səs verir. Bu durum prezident seçkilərinə də aiddir. Artıq bəllidir ki, Trampın namizədliyi 2024-cü ilin də uduzulması deməkdir, ümumilikdə bu şəxsin partiyanın lideri qismində ortalıqda gəzdiyi bir durumda respublikaçıların Konqresi qazanması da müşkül məsələdir. Respublikaçıların Donald Tramp adlanan “qara yara”dan xilas olması həm partiyanın, həm də ölkənin maraqları baxımından əsas vəzifəyə çevrilib”.