Putinlə Paşinyan Azərbaycanla sərhədin müəyyənləşməsini müzakirə edibbackend

Putinlə Paşinyan Azərbaycanla sərhədin müəyyənləşməsini müzakirə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi müzakirə edilib

İnterpress.az xəbər verir ki, məlumatı Kremlin mətbuat xidməti yayıb.

Söhbət Nikol Paşinyanın təşəbbüsü ilə baş tutub.

Bildirilib ki, Vladimir Putinlə Nikol Paşinyan Azərbaycan, Rusiya və Ermənstan liderlərinin 2020-ci il noyabrın 10-daqəbul etdikləri birgə bəyanatın, 2021-ci yanvarın 11-i və noyabrın 26-da əldə etdikləri üçtərəfli razılaşmanın reallaşmasının praktik aspektlərinə, eləcə də Azərnbaycanla Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyasına dair məsələləri nəzərdən keçiriblər.