Qadın sevgilisini qucaqlaşmaq istəmədiyi üçün DÖYDÜbackend

Qadın sevgilisini qucaqlaşmaq istəmədiyi üçün DÖYDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı qadın sevgilisini qucaqlaşmaq istəmədiyi üçün döyüb.

interpress.az xəbər verir ki, bu barədə “The Smoking Gun” yazıb.

Psixoterapevtlərin fikrincə, gündə ən azı dörd dəfə qucaqlaşmaq lazımdır. Gündə qucaqlaşmaların sayı yeddidən səkkizə qədər olsa daha yaxşıdır. Normaya əməl edilməzsə, nəticələr çox arzuolunmaz ola bilər.

Florida ştatından (ABŞ) 22 yaşlı Cullian Uyqun adlı qız mübahisə zamanı sevgilisini döyüb. Polisin məlumatına görə, “təqsirləndirilən şəxslə fiziki yaxınlıqda maraqlı olmadığına görə” döyüb.

Qız sevgilisini qucaqlamaq istəsə də, o, müqavimət göstərib. Əvvəlcə cütlük mübahisə edib, daha sonra qız sərt tədbirlər görüb. O, oğlanın sinəsindəki tükləri yolmağa başlayıb, üzünü qanaxana qədər cırıb, alnından dişləyib, hətta mobil telefonunu sındırıb.

Ailədaxili zorakılıqda təqsirləndirilən qadın indi həbsdən azad edilib və öz ərizəsi ilə evə göndərilib. Amma indi məhkəmə ona sevgilisinə yaxınlaşmağı qadağan edib.

Xuraman Etibarlı

İnterpress.az