Xankəndidə yerləşən Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.
İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq:
“Bu həftə artıq seçilmiş üç proqramın rəhbəri ictimaiyyətə təqdim olunacaq. Universitetdə təhsil ödənişsiz olacaq və tələbələr yataqxana ilə təmin olunacaqlar”.