Qarabağdakı rus sülhməramlıların yeni komandanı məlum olubbackend

Qarabağdakı rus sülhməramlıların yeni komandanı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinə yeni komandan təyin olunub.

İnterpress.az xəbər verir ki, həmin şəxs general-mayor Andrey Volkovdur.

A. Volkov hazırda Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir.

O, 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına qədər general-leytenant Rüstəm Muradovun rəhbərliyi altında sülhməramlıların komandanının müavini olub.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası 2021-ci ilin sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov, sentyabrın 25-i isə sonuncunun yerinə general-leytenant Gennadiy Anaşkin gətirilib.