Qarabağı könüllü tərk edən ermənilər Xankəndidə dəfn olunan yaxınlarının eksqumasiyasını TƏLƏB EDİRLƏRbackend

Qarabağı könüllü tərk edən ermənilər Xankəndidə dəfn olunan yaxınlarının eksqumasiyasını TƏLƏB EDİRLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağı könüllü tərk edən ermənilər Xankəndidə dəfn olunan yaxınlarının eksqumasiyası və yenidən dəfn edilməsini istəyirlər.

interpress.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” məlumat yayıb.

Qəzet yazdığına görə, 2023-cü ilin sentyabrında antiterror əməliyyatı nəticəsində həlak olan və Xankəndində dəfn edilən separatçıların yaxınları Ermənistanda eksqumasiya və yenidən dəfn məsələsinin həll edilməsi xahişi ilə Ermənistan hakimiyyətinə müraciət ediblər.

Nəşrin bildirdiyinə görə, onlar hökumətdən təhdidlər aldıqları üçün problemi ictimailəşdirmək istəmirlər. Onlar doqquz aydır ki, hökumətin qapılarını döyürlər, lakin Paşinyan onların tələblərini təmin etmir.

Problem həll olunmasa, Xankəndində basdırılan əsgərlərin yaxınları hökumət binası yaxınlığında oturaq aksiya keçirəcək.

Xuraman Etibarlı

İnterpress.az