“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi (RHİMİB) iyunun 25-dən 29-dək “İbrət Fərzəndləri” “İbrat Farzandlari” adlı qeyri-hökumət təşkilatının dəvəti ilə qardaş Özbəkistanda səfərdə olub.
Səfərdə əsas məqsəd “Beynəlxalq Gənclər Festivalı-2024”-də iştirak etmək idi.
RHİMİB sədri Arzu Bağırova festivalın açılış mərasimində Özbəkistanın “Gənclər İşləri Agentliyi”nin Yoshlar ishlari agentligi rəhbəri Əlişir Sadullayev (Sadullaev Alisher) Türkiyənin Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu ilə görüşüb, RHİMİB-nin 6 illik fəaliyyətinə dair özəl nəşri onlara təqdim edib.
26 iyunda RHİMİB ilə “İbrət Fərzəndləri” arasında gələcəkdə ortaq çalışmalara dair Anlaşma imzalanıb.
Anlaşmaya əsasən hər iki ictimai birlik təhsil, elm, maarif, mədəniyyət sahəsində gənclər arasında işbirliyinin inkişafına öz töhfələri ilə çıxış edəcək.
Tərəflər təhsil, elm, maarif və mədəniyyət üzrə gələcəkdə yeni tədbirlər, layihələr həyata keçirərərək, mövcud bağların inkişafına çalışacaq.
Anlaşmanı Rhim Ib sədri Arzu Bağırova və Ibrat Farzandlari “İbrət Fərzəndləri”nin sədri @Rustam Qoriyev imzalayıb.
Daha sonra RHİMİB-in Özbəkistandan olan fəxri üzvü, tanınmış jurnalist, “Qalampir.uz” saytının qurucu-baş redaktoru Qamariddin Shayxov
(Qamariddin Qutbiddin oʻgʻli Shayxov) ilə görüşən Arzu Bagirova , bu məşhur media orqanı, ümumən Özbəkistan vətəndaş cəmiyyəti institutları ilə işbirliyinin gücləndirilməsi mövzusunu müzakirə edib.
Səfər ədəbiyyat, mədəniyyət, sənətlə bağlı tədbirlərin, müxtəlif layihələrin, ümumən qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşlərlə zəngin olub.
Görüşlərdə RHİMİB layihələr koordinatoru Nilufer Letif və Dünya Gənc Türk Yazarlar Birliyi – www.dgtyb.az DGYTB İdarə heyətinin üzvü Shohista Ortiqova Kamranlı iştirak edib.