Qax sakini həmkəndlisi tərəfindən bıçaqlandıbackend

Qax sakini həmkəndlisi tərəfindən bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax rayonunda 30 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

Hadisə iyulun 14-də axşam saat 23:00 radələrində rayonun Ləkit kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Fikrət Zabit oğlu Saadov həmkəndlisi olan Fərman adlı şəxs ilə şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı döş qəfəsindən bıçaqlanıb. Bıçaq xəsarəti alan F.Saadov Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.Saadova döş qəfəsinin sol nahiyəsinin kəsilmiş-deşilmiş daxilə nüfuz edən bıçaq yarası diaqnozu qoyulub, vəziyyəti nəzərə alınaraq onun müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Hadisəni törədən Fərman adlı şəxs isə cinayət əməlini törətdikdən sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.