Qazaxıstan Xarici İşlər Nazirliyi Kursk vilayətindəki vəziyyəti şərh edib.
interpress.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov bildirib.
“Qazaxıstan hər zaman bütün ölkələrin dövlətlərin ərazi bütövlüyü prinsipini aydın şəkildə təsbit edən BMT Nizamnaməsinə riayət etməsinin vacibliyini vurğulayır. Biz ardıcıl olaraq dövlətlər arasında bütün münaqişələrin yalnız sülh yolu ilə həllinin tərəfdarıyıq”, – Smadiyarov deyib.
Xatırladaq ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücuma başlayıb. Ertəsi gün bölgədə fövqəladə vəziyyət elan edilib.
Qərb mediasının məlumatına görə, bu, 2022-ci ilin fevralında müharibə başlayandan bəri Ukraynanın Rusiyaya qarşı ən böyük hücumlarından biri olub. Hücumda 1000 Ukrayna hərbçisi iştirak edib.
Xuraman Etibarlı
İnterpress.az