Qazaxıstanın qərbində Qızıl Orda dövrünə aid obyekt aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə məlumatı qazax mediası yayıb.
Atırau vilayətində, Sarayşik muzey-qoruğunda arxeoloji qazıntılar zamanı bir neçə əsrlər boyu toxunulmaz qalmış dromos (dəfn kamerasına aparan örtülü dəhliz) aşkar edilib.
Alimlərin fikrincə, tapılan obyekt tamamilə yeni arxeoloji tapıntıdır, əvvəlki tədqiqatlarda buna bənzər heç nə tapılmamışdı.
Xuraman Etibarlı
İnterpress.az