Qazaxıstanda toqquşmalar: Yeddi nəfər reanimasiyaya yerləşdirilibbackend

Qazaxıstanda toqquşmalar: Yeddi nəfər reanimasiyaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almatı Xalq Sağlamlığı İdarəsi etirazlardan zərər çəkənlərin sayı ilə bağlı statistik məlumat yayıb.

Məlumata görə, tibb müəssisələrinə 190 nəfərlə bağlı müraciət edilib.

“40 nəfər xəstəxanaya yerləşdirilib, o cümlədən yeddi zərərçəkən reanimasiyadadır, onlardan dördü polis əməkdaşıdır”, – deyə idarədən bildirilib.

Bütün zərərçəkənlərin 137-si polis əməkdaşı, 53-ü isə mülki şəxsdir.

Mənbə: Sputnik Qazaxıstan