Qazaxıstanda “Vaqner” döyüşçüsünə 5 il həbs cəzası VERİLDİ – FOTObackend

Qazaxıstanda “Vaqner” döyüşçüsünə 5 il həbs cəzası VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda “Vaqner” döyüşçüsünə 5 il həbs cəzası verilib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstanda Rusiya vətəndaşı, keçmiş “Vaqner” döyüşçüsü Timur Praliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Ukraynada döyüş əməliyyatlarında iştirak etdikdən sonra hərbi xidmətdən ayrılıb,

Meksika və ABŞ-yə gedib, lakin ABŞ-də qanunsuz miqrant kimi saxlanılaraq Qazaxıstana deportasiya olunub.

Almatı rayon məhkəməsi Praliyevi “muzdluluq” maddəsi ilə təqsirli bilib.

Bundan əlavə, o, Qazaxıstanda cinayət qurbanlarına yardım fonduna 20 minimal əməkhaqqı məbləğində vəsait ödəməyə məcbur edilib.

Xuraman Etibarlı

İnterpress.az