Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir.
İnterpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayır.
Qeyd edək ki, Zirvə Görüşünün yekununda Bəyannamənin qəbul edilməsi, TDT+ formatının yaradılması, TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsinə dair sənədlərin imzalanması nəzərdə tutulur.