Ermənistanın keçmiş ombudsmanı SİYASƏTƏ QOŞULDUbackend

Ermənistanın keçmiş ombudsmanı SİYASƏTƏ QOŞULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan siyasətə qoşulduğunu açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan siyasətə daxil olduğunu bəyan edib və bu addımı “Ermənistan Respublikasının və erməni xalqının müdafiəsi naminə” atdığını bildirib.

Tatoyanın sözlərinə görə, o, siyasəti insanları birləşdirmək və ölkəni həqiqi sülhə doğru aparmaq üçün vasitə kimi görür.

O, illərini insan haqları fəaliyyətinə həsr etdiyini xatırladaraq qeyd edib ki, hazırkı şəraitdə təkcə bu fəaliyyət kifayət etmir.

Xuraman Etibarlı

İnterpress.az