Almaniyada pensiya yaşı 73-ə qaldırıla bilər.
İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb. Almaniyanın İqtisadiyyat Nazirliyi yanında Elmi Məsləhət Şurası pensiya yaşının 73-ə qaldırılmasını təklif edib.
Bu addım pensiya sisteminin çökməsinin qarşısını almaq məqsədi daşıyır.
Hesabat müəllifləri Almaniya iqtisadiyyatının durğunluq yaşadığını və demoqrafik vəziyyətin pisləşdiyini bildiriblər.
Onların fikrincə, sosial təminatın davamlılığı üçün daha çox işləmək və pensiya yaşını ömür uzunluğuna uyğunlaşdırmaq zəruridir.
Təklif Berlin siyasətçiləri arasında geniş müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az