Hindistanda bir kişi qızının sevgilisi ilə təsdiqlənməmiş münasibətini öyrəndikdən sonra onu boğub.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.
Hindistanın Sürcit Sinqh adlı sakini 19 yaşlı qızının atasının icazəsi olmadan gənclə münasibət qurmasından çox narazı olub.
Məlumata görə, Sürcit qızının əllərini bağlayaraq onu kanala aparıb, qəzəbli nitq söylədikdən sonra suya atıb.
Hadisə onun həyat yoldaşı və oğlunun gözü qarşısında baş verib.
Məlumatlara görə, qızına son sözləri “bay-bay” olub. Sürcit Sinqh qətl ittihamı ilə həbs edilib.
Xuraman Etibarlı
İnterpress.az






