İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərini MƏHV ETDİbackend

İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərini MƏHV ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail Hərbi Hava Qüvvələri Livanın Bekaa bölgəsində Hizbullahın hərbi infrastrukturuna hava zərbələri endirib.

Hücum edilən hədəflər arasında yaraqlıların tapıldığı Radvan xüsusi təyinatlılarına məxsus hərbi düşərgələr də var.

İsrail ordusunun mətbuat xidmətindən verilən açıqlamaya görə, bu düşərgələr yaraqlıların İsrail əsgərlərinə və mülki şəxslərə qarşı terror hücumları həyata keçirməyə hazırlığı və təlimi üçün istifadə edilib.

Bu təlimlərin və orada silahların saxlanmasının İsrail və Livan arasında razılaşmanın pozulması olduğu vurğulanıb.

Xuraman Etibarlı

İnterpress.az