Almaniya və İsrail kəşfiyyatı Almaniyada HƏMAS agentlərini saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniyanın xüsusi xidmət orqanları İsrailin “Mossad”ı ilə birgə Almaniyada HƏMAS-ın üç agentini saxlayıb.
Onların ölkə ərazisində terror aktları planlaşdırdıqları ehtimal olunur.
Oktyabrın 2-də Berlində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərdən “Glock” tapançası, “Kalaşnikov” avtomatı və yüzlərlə patron götürülüb.
İsrail Baş naziri ofisi əməliyyatda “Mossad”ın iştirakını təsdiqləyib.
Alman təhlükəsizlik orqanları silah arsenalının genişmiqyaslı hücum hazırlığına işarə etdiyini bildiriblər.
Ekspertlərin fikrincə, HƏMAS-ın bu fəaliyyəti təşkilatın strategiyasının dəyişdiyini və Avropanı da hədəfə aldığını göstərə bilər.
Xuraman Etibarlı
İnterpress.az