Ermənistanda icma rəhbərinin qətlindən sonra GƏRGİNLİK: Qarşıdurma BAŞ VERDİbackend

Ermənistanda icma rəhbərinin qətlindən sonra GƏRGİNLİK: Qarşıdurma BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parakarda icma sədrinin qətlindən sonra Merdzavanda qarşıdurma baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Ermənistanın Merdzavan kəndində Parakar icmasının mərhum sədri Volodi Qriqoryanın tərəfdarları ilə sabiq kənd icma başçısı Mger Axtoyanın tərəfdarları arasında qarşıdurma baş verib.

Qarşıdurmaya səbəb, şübhəlilərdən biri — Narek Oqanyanın qardaşının məzarının təhqir edilməsi olub.

Qəzetin məlumatına görə, Axtoyanın tərəfdarları polis əməkdaşlarının gözü qarşısında zorakılığa əl atıblar.

Qriqoryanın yaxınları Axtoyanın Ermənistana qaytarılmasını tələb edirlər.

Bildirilir ki, o, qətldən bir neçə gün əvvəl hadisənin “ehtimal olunan iştirakçısı” Gevorq Arutyunyan tərəfindən hava limanına yola salınıb.

Xuraman Etibarlı

İnterpress.az