Qreta Tunberq Trampın “qəzəb və dəlilik” ittihamlarına cavab verib.
İnterpress.az xəbər verir ki, bu barədə isveçli iqlim fəalı Qreta Tunberq “Instagram” hesabında yazıb.
Tunberq ABŞ prezidenti Donald Trampın ünvanına yönəltdiyi tənqidlərə istehzalı şəkildə cavab verib.
“Eşitdim ki, Donald Tramp bir daha mənim xarakterim haqqında çox tərifli fikirlər səsləndirib və mən onun mənəvi sağlamlığım üçün narahatlığını yüksək qiymətləndirirəm.
Əgər istəsə, mən də ona bu ‘qəzəb idarəetmə problemləri’ ilə bağlı bəzi tövsiyələr verə bilərəm — çünki onun təsirli fəaliyyət tarixçəsinə baxanda görünür ki, bu məsələdə o da müəyyən çətinliklər yaşayır”, – o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Donald Tramp Tunberqi “qəzəbli və dəlisov” adlandıraraq ona “həkimə müraciət etməyi” tövsiyə etmişdi.
Xuraman Etibarlı
İnterpress.az