Naməlum şəxslər Amerikanın işğalı üçün bəhanə yaratmaq məqsədilə Karakasdakı ABŞ səfirliyinə partlayıcı qurğular yerləşdirməyə cəhd ediblər.
İnterpress.az xəbər verir ki, Venesulela KİV məlumat yayıb.
Karakasda naməlum şəxslər ABŞ səfirliyinin ərazisində partlayıcı qurğu yerləşdirməyə cəhd ediblər.
Məlumata görə, onların məqsədi ABŞ-ni müdaxilə üçün rəsmi bəhanə ilə təmin etmək olub.
Hadisə yerinə təhlükəsizlik qüvvələri çağırılıb və ərazidə geniş təhqiqat aparılır. Hələlik partlayıcıların növü, kim tərəfindən və hansı məqsədlə gətirildiyi barədə ətraflı məlumat verilməyib.
Yerli hakimiyyət orqanları potensial təhlükəni aradan qaldırmaq və ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün səfirlik ətrafında xüsusi nəzarət tədbirləri görüb.
ABŞ diplomatik nümayəndəliyi də bu hadisə ilə bağlı rəsmi açıqlama verib və təhlükəsizlik tədbirlərini gücləndirəcəyini bildirilib.
Belə görünür ki, bu cəhd siyasi gərginliyi artırmaq və beynəlxalq münasibətlərdə gərginlik yaratmaq niyyəti ilə törədilmişdir.
Xuraman Etibarlı
İnterpress.az