Vaşinqton danışıqlarında Paşinyan dekorasiya idi – Koçaryanbackend

Vaşinqton danışıqlarında Paşinyan dekorasiya idi – Koçaryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton danışıqlarında Paşinyan dekorasiya rolunda idi.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan Vaşinqtonda keçirilən danışıqları şərh edərkən bildirib.

Koçaryan deyib ki, “orada masa, stul, şəkillər, bayraqlar və Paşinyan var idi”.

O, bu fikri İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirib.

Koçaryanın sözlərinə görə, Ağ Evdə baş tutan görüşlə bağlı məlumatları təhlil etdikdən sonra o, bir çox üstünlüyün Azərbaycanın tərəfində olduğunu, Ermənistan üçün isə heç bir fayda görmədiyini qeyd edib.

O əlavə edib ki, ABŞ bu danışıqlardan sonra “formalaşan dəhliz üzərində nəzarət imkanı, İran sərhədinə nəzarət və Trampın Nobel mükafatına təqdim olunması perspektivini” əldə edib.

“Bəs Paşinyan nə əldə etdi? Trampın imzası olan bir foto və hüquqi qüvvəsi olmayan sənəd – yəni erməni xalqını bir daha aldatmaq fürsəti?” –  Koçaryan ironik şəkildə bildirib.

Xuraman Etibarlı

İnterpress.az