İranda böyük qaz ehtiyatları AŞKAR EDİLDİbackend

İranda böyük qaz ehtiyatları AŞKAR EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda böyük qaz ehtiyatları aşkar edilib

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyinə İranın neft naziri Paknejad bildirib.

İranın cənubundakı Fars əyalətindəki Pazen yatağında böyük təbii qaz ehtiyatları – 280 milyard kubmetrdən çox – aşkar edilib.

O, bəyan edib ki, yeni yataq ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya və yaxın illərdə daxili qaz çatışmazlığını qismən ödəyə bilər.

Nazir bildirib ki, yatağın işlənməsi ilə bağlı artıq müqavilə imzalanıb, yaxın vaxtlarda hazırlıq və tikinti işlərinə başlanması planlaşdırılır. İstehsalı təxminən 40 ay sonra başlayacaq.

Xuraman Etibarlı

İnterpress.az