“Sumud Flotiliyasının” iştirakçıları Allenbi keçid məntəqəsinə gətirilib, onlar İordaniyadan Türkiyəyə yola düşəcəklər.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Sumud Flotiliyasının” növbəti qrupu — aralarında Türkiyə vətəndaşlarının da olduğu bir qrup aktivist İsrail-İordaniya sərhədində yerləşən Allenbi keçid məntəqəsinə çatdırılıb. Onlar buradan İordaniyaya keçdikdən sonra Türkiyəyə yola düşəcəklər.
Bundan əvvəl Türkiyə, Yunanıstan və Slovakiya hökumətləri flotiliya iştirakçılarının deportasiyası üçün xüsusi reyslər təşkil etmişdi. Qeyd edək ki, bu şəxslər Qəzza sahillərinə yaxınlaşarkən İsrail qüvvələri tərəfindən saxlanılmışdılar.
Xuraman Etibarlı
İnterpress.az