Myanmada qaçırılan rusiyalı qadın köləlikdən azad edilib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Myanmada insan alverçilərinin əlində əsir saxlanılan rusiyalı qadın azad olunub.
Məlumata görə, o, Çita yaxınlığındakı kəndlərin birindən olub və Tailandda model işi ilə bağlı elana cavab verib. Lakin vəd edilən podium əvəzinə o, “skam-mərkəz” adlanan dələduzluq şəbəkəsinə düşüb.
Qız və digər qadınlar orada tanışlıq saytlarında kişiləri aldatmağa məcbur ediliblər.
Daha sonra “işəgötürənlər” onun zahiri görünüşünü və dil bilməməsini bəhanə edərək qadını Myanmaya aparıb, orada isə satmağa cəhd göstəriblər.
Rusiyalı qadın gizli şəkildə yardım siqnalı göndərə bilib. Nəticədə o, azad edilib və hazırda vətəninə deportasiya olunmasını gözləyir.
Xuraman Etibarlı
İnterpress.az