Tehran və Paris arasında “məhbus diplomatiyası”: Tərəflər razılığa YAXINDIRbackend

Tehran və Paris arasında “məhbus diplomatiyası”: Tərəflər razılığa YAXINDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Fransa məhbus mübadiləsi danışıqlarında irəliləyiş elan ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İran və Fransa iki fransız və bir iranlı məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olduğunu bildiriblər.

2022-ci ildən İranda casusluqda ittiham olunan Jake Pari və Sesil Koler azad edilə bilər.

İran tərəfi onların əvəzində Fransada “anti-İsrail paylaşımlarına” görə saxlanılan tələbə Mehdi Əsfəndiyarinin qaytarılmasını istəyir.

Hər iki ölkənin Xarici İşlər Nazirlikləri danışıqların yekun mərhələyə yaxınlaşdığını və qərarın yaxın günlərdə verilə biləcəyini açıqlayıb.

Xuraman Etibarlı

İnterpress.az