Qahirədə İsrail və HƏMAS arasında həlledici danışıqlar BAŞLADIbackend

Qahirədə İsrail və HƏMAS arasında həlledici danışıqlar BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qahirədə İsrail və Qəzza zolağı arasında həlledici atəşkəs danışıqları başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Israel Hayom” məlumat yayıb.

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HƏMAS nümayəndələri arasında atəşkəs və girovların azad olunması ilə bağlı əsas danışıqlar başlayıb.

Görüşlər ABŞ və Misirin vasitəçiliyi ilə, tərəflər arasında birbaşa təmas olmadan keçirilir.

Məqsəd — israilli girovların azad olunması və bunun müqabilində yüzlərlə fələstinli məhbusun, o cümlədən terror aktlarına görə məhkum edilənlərin azad edilməsidir.

Qəzetin məlumatına görə, razılaşma əldə olunarsa, 20 girov 72 saat ərzində azad edilə bilər.

Xuraman Etibarlı

İnterpress.az