Litvada siqaretlə dolu şar üzündən hava limanı bağlanıb
İnterpress.az xəbər verir ki, Litva hakimiyyəti hava limanını müvəqqəti bağlayıb. Səbəb isə sərhəddən qaçaqmal siqaret keçirmək üçün istifadə edilən şar olub.
Məlumata görə, şarın üzərinə siqaret qutuları bərkidilərək sərhədi keçməsi planlaşdırılıb.
Şar hava axını ilə Litva hava məkanına daxil olduqda təhlükəsizlik sistemləri onu naməlum uçan obyekt kimi qeydə alıb və təcili olaraq hava limanında uçuşlar dayandırılıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə mütəxəssislər cəlb edilib.
Araşdırma zamanı məlum olub ki, bu üsul siqaret qaçaqmalçılığı üçün son vaxtlar artan yeni cəhdlərdən biridir. Hadisə ilə bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az