Qəbələyə istirahətə gedənlər cərimələndi – FOTObackend

Qəbələyə istirahətə gedənlər cərimələndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq və yaxud iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gələn şəxslər aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əsasən istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Polislər tərəfindən planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin portalda iş üçün icazələri olsa da, onların ailə üzvləri ilə birgə istirahət məqsədilə rayona üz tutduqları müəyyən edilib. Həmçinin reyd zamanı karantin qaydalarını pozaraq icazələri olmadan yaşadıqları rayonları tərk edən vətəndaşlara da rast gəlinib. Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində cərimə protokolu tərtib olunub.

 

 

İnterpress.az