İsrail ordusu Qəzzada əsas İslami Cihad yaraqlılarını məhv edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İyunun 7-də İsrail ordusu ilə Baş Təhlükəsizlik Xidmətinin (ŞABAK) birgə əməliyyatı zamanı “İslami Cihad”ın yaraqlısı Fadel Əbu əl-Ata məhv edilib.
O, əvvəllər “İslami Cihad”da Şecayə sektorunun komandir müavini vəzifəsində çalışıb və müharibə zamanı bu sektora komandir təyin edilib.
Əl-Ata Şecayya sektorunda terror təşkilatları arasında koordinasiyanın liderlərindən biri olub və İsrail ordusu qüvvələrinə qarşı bir çox sui-qəsdlərə rəhbərlik edib.
O, həmçinin 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumda iştirak edib.
Bundan əlavə, İsrail ordusu “İslami Cihad”da Turukman batalyonunda mühəndislikdən məsul olan yaraqlı Hamed Kamel Abd al-Aziz İyadı da öldürüb.
O, həmçinin İsrail ordusu qüvvələrinə qarşı terror və təxribat planlarının planlaşdırılması və icrasına cavabdeh idi.
Xuraman Etibarlı
İnterpress.az