Qəzzada müharibə bitsə, Tramp İsrailə səfər edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp Qəzza zolağında müharibənin dayandırılması və girovların azad edilməsi barədə razılaşma əldə olunduğu təqdirdə İsrailə səfər edəcək.
Məlumata əsasən, Ağ Ev Trampın ötən ayın ortalarında Böyük Britaniyaya səfərindən sonra İsrailə mümkün gəlişinə hazırlaşırdı, lakin razılaşma baş tutmadığı üçün plan təxirə salınıb.
Bildirilir ki, Tramp bu regiona “müharibənin bitməsi və girovların azad edilməsi kimi mühüm nailiyyəti qeyd etmək” məqsədilə gəlmək niyyətindədir.
Xuraman Etibarlı
İnterpress.az






