Moskvada Qızıl Meydanda keçi gəzdirən şəxs 5 sutka həbs edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Moskva məhkəməsi paytaxtın mərkəzində, Qızıl Meydanda keçi gəzdirən və nalayiq söyüşlər söyərək ictimai asayişi pozan Məhəmməd Məhəmmədovu 5 sutka müddətinə inzibati qaydada həbs edib.
Məlumata görə, hadisə iyulun 18-də qeydə alınıb. Sözügedən şəxs Qırmızı Meydana keçi gətirərək onu gəzdirməyə başlayıb, həmçinin ətrafdakı insanların iradlarına cavab olaraq ucadan qeyri-etik və söyüşlü ifadələr işlədib.
Polis əməkdaşları tərəfindən dərhal saxlanılan şəxs barəsində xırda xuliqanlıq maddəsi ilə inzibati protokol tərtib edilib.
Məhkəmənin yekun qərarı ilə o, 5 günlük inzibati həbs cəzasına məhkum olunub.

Xuraman Etibarlı
İnterpress.аz






