Qohumuna pul verib polisə görün nə dedi?- Azərbaycandabackend

Qohumuna pul verib polisə görün nə dedi?- Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəranda polisə yalan məlumat verən şəxs müəyyən edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Ənvər Lələyev polisə müraciət edərək evindən 7000 manat pul oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi müəyyən edilib. Ə.Lələyevin həmin pulu saxlaması üçün qohumuna verdiyi məlum olub.   

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.