Qonaq gedərkən qəzaya düşdülərbackend

Qonaq gedərkən qəzaya düşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

İnterpress.az -ın məlumatına görə, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Mürsəlov Aydın Mürsəl oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.

Qonaq gedərkən qəzaya düşən sürücü və sərnişinləri – Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərov Emin Ramazan oğlu, 1959-cu il təvəllüdlü Gülməmmədova Ayşən İlham qızı, 1991-ci il təvəllüdlü Kərimov Rafiq Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdaş və Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az