Müxalifəti qorxutmaq üçün muxtariyyət rəhbəri dərhal həbsə atılacaq.
İnterpress.az xəbər verir ki, bu barədə TASS-a onun vəkili Moraru məlumat verib.
O bildirib ki, onlar Qaqauziyanın rəhbəri Qutsulu vəzifəsindən uzaqlaşdırmaq və Moldova müxalifətini qorxutmaq üçün avqustun 5-də hökm elan olunduqdan sonra onu dərhal həbsxanaya göndərmək istəyirlər.
“Qütsulun işində (məhkəmənin) qərarı dərhal veriləcək. O, günahkar olduğuna görə yox, ona görə şou qurmaq lazımdır ki, hamı qorxsun, hamı onun həbsxanaya necə göndərildiyini görsün.
Ondan sonra isə bütün bunları hələ seçkilərə qədər televiziyada nümayiş etdirəcəklər”, – o vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az