“RAM” qiymətləri rekord həddə ÇATDI – 250% ARTIMbackend

“RAM” qiymətləri rekord həddə ÇATDI 250% ARTIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir aydan az müddətdə qiymətlər kəskin bahalaşıb, ekspertlər vəziyyətin pisləşəcəyini proqnozlaşdırır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Məlumata görə, operativ yaddaş qurğuları (RAM) yaxın gələcəkdə kompüterlər üçün ən bahalı komplektləşdirici hissəyə çevrilə bilər.

Son bir ay ərzində qiymətlərin 250%-ə qədər artdığı bildirilir.

ABŞ-ın iri ticarət şəbəkələrinin təqdim etdiyi statistikaya əsasən, qiymət artımı aşağıdakı kimi dəyişib:

  • 16 GB-lıq yaddaş – 60 dollardan 150 dollara (təxminən 102-255 manat);

  • 32 GB-lıq yaddaş – 96 dollardan 340 dollara (təxminən 163-578 manat);

  • 64 GB-lıq yaddaş – 205 dollardan 1200 dollara yüksəlib (təxminən 349-2040 manat).

Ekspertlər bazardakı vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Xuraman Etibarlı

İnterpress.az