Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilibbackend

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Ramin Məmmədov 64 saylı Sabirabad ikinci seçki dairəsinin deputatı olub.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.