“Ramiz Rövşənə hücum edənlər xalqımızın düşmənləridirlər” – AÇIQLAMAbackend

“Ramiz Rövşənə hücum edənlər xalqımızın düşmənləridirlər” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son qurultayda ədəbiyyatımızın qaymaqları toplaşmışdı. İndi Ramiz Rövşənə hücumlar edirlər”.

İnterpress.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib.

“Ramiz Rövşən çox görkəmli şairdir, və bunu edənlər onun yanında açiz və çılızdırlar. Daha dərindən baxsaq xalqımızın düşmənləridirlər. Onların məqsədi ölkəmizdə hörmətli insanların, öz ədəbiyyatımızın, mədəniyyətimizin olmadığını sübut etməkdir. Bu haqda düşünün! Belə çıxır ki, bütün xalq şairləri (4 nəfər),xalq yazıçıları (8 nəfər)və bizim ədəbiyyatın akademikləri düşməndirlər,layiqsiz qramofonlardır, oğru və səviyyəsizdirlər. Bu hətta bədnam qonşularımızın ağlına gələ bilməzdi”, – o əlavə edib.

İnterpress.az