“Dom-2” şousunun keçmiş iştirakçısı Moskvada çılpaq gəzdiyi üçün 14 sutka həbs edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın məşhur “Dom-2” realiti-şousunun keçmiş iştirakçısı Anastasiya Braqina Moskvada küçədə tamamilə çılpaq şəkildə gəzdiyi üçün 14 sutka müddətinə inzibati qaydada həbs olunub. Bu barədə qərarı Moskva Şəhər Məhkəməsi çıxarıb.
Məlumata görə, paytaxt küçələrində çılpaq gəzərək ictimai məkanda asayişi pozan və xırda xuliqanlıq törədən Braqina asayiş keşikçiləri tərəfindən dərhal saxlanılıb.
Məhkəmənin mətbuat xidmətindən verilən rəsmi məlumata əsasən, onun bu davranışı kobud inzibati xəta kimi qiymətləndirilib və o, iki həftəlik inzibati həbs cəzasına məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.аz






